"Turan Tovuz" klubunun yoxlama oyunu ləğv olunub.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisinin Rumıniyanın "Hermanştadt" klubu ilə görüşü tərəflərin razılığı əsasında oynanılmayacaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bu qarşılaşma yanvarın 10-da baş tutmalı idi.