Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kolumbiya ABŞ-dan real hərbi təhlükə ilə üz-üzədir.
APA xəbər verir ki, bu barədə Kolumbiya prezidenti Qustavo Petro BBC-yə müsahibəsində deyib.
Petro ABŞ Prezidenti Donald Trampla telefon danışığına da toxunub. O, telefon danışığının bir saatdan az davam etdiyini, söhbət zamanı Trampla müqayisədə daha çox özünün danışdığını bildirib.
Qustavo Petro Trampa Kolumbiyanın Venesuela barədə baxışı, ABŞ-ın Latın Amerikasındakı siyasəti, ölkəsində iddia olunan narkotik dövriyyəsi ilə bağlı məlumat verdiyini də qeyd edib.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiyada hərbi əməliyyatın keçirilə biləcəyini istisna etməyib. Kolumbiya Prezidenti də ABŞ-a cavab verib. Petro qeyd edib ki, onu tutsalar, ABŞ xalqın qəzəbi ilə üzləşəcək.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.