AZ

Mübariz Mənsimovdan iddialara CAVAB

Xəbər verildiyi kimi, Türkiyədə Küçükçekmece Baş Prokurorluğu tərəfindən "Ekol TV"nin maliyyə mənbələrinə dair başladılan istintaq çərçivəsində kanalın qanunsuz mərc və “çirkli pul”ların yuyulması fəaliyyəti ilə əlaqəli olduğu iddiaları araşdırılır.

İstintaq materiallarında bir gizli şahid və 12 şübhəlinin yer aldığı bildirilir. Şübhəlilər arasında Veysel Şahin (əsas şübhəli), Mübariz Mənsimov, "Ekol TV"-nin İdarə Heyətinin sədri Emrah Doğru, İdarə Heyətinin üzvü Arif Çətin və vəkil Ersan Şen də var.

“Cebheinfo.az” xəbər verir ki, iddialara Mübariz Mənsimovdan cavab gecikməyib. 

“Ekol TV” adlı telekanal ilə bağlı barəmdə  yayılan xəbərlər həqiqəti əks etdirmir. Sözügedən telekanala heç bir marağım yoxdur. Keçmişdə bu cür böhtanla bağlı iddialar və xəbərlər irəli sürülüb Şəxsiyyətimə yönəlik bu iddiaları şiddətlə qınayıram”,-deyə o bildirib.

Xatırladaq ki, məlumatlarda gizli saxlanılan şahidin ifadələri və daxil olan məlumatlar əsasında aparılan yoxlamalar zamanı "Ekol TV"nin bağlanma qərarından sonra şirkətin ofisinin Kağıthane rayonuna köçürüldüyü müəyyən edildiyi deyilir.

Seçilən
22
cebheinfo.az

1Mənbələr