AZ

İranda baş qaldıran küçə dalğası rejimi dəyişə bilər Fazil Mustafa

Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Artıq bir neçə gündür ki, İranda baş qaldıran etirazlar səngimək bilmir.

İctimai şüurda səslənən bir fikir də artıq rejimin dəyişməsidir.

Doğrudur, İranla bağlı bu ssenari zaman-zaman təkrarlanıb.

Fəqət bu dəfəki etiraz dalğası daha genişdir.

Bu baxımdan, rejim dəyişməsi məsələsi də daha real görünür.

Maraqlıdır, bu baş verə bilərmi?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.

O bildirib ki, bu dəfə İranda vəziyyət çox ciddidir:

“İranda vəziyyət çox ciddidir. Başlayan bu küçə dalğası rejimin dəyişilməyinə də gətirib çıxarda bilər. Burada həm də unutmamalıyıq ki, adətən, bu cür teokratik rejimlərdə xarici dəstəyin ciddiliyi əhəmiyyət daşıyır. Burada da ABŞ ilə İsrailin birmənalı hədəfi var ki, İran rejimi dəyişsin. Keçid dövrü üçün uyğun görünür. Azərbaycanda da bir çox sadəlövhlər fikirləşir ki, orada hansısa bir hadisə Azərbaycanı ayıracaq, bütövləşməyə gətirib çıxardacaq. Ancaq beynəlxaq siyasətin konturlarını anlayan adamlar bilirlər ki, bu, planlaşdırılmış bir ssenari üzrə gedən prosesdir. İran rejimi artıq tükənir”.

Maqsud

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
icma.az

1Mənbələr