AZ

Mübariz Mənsimovdan EKOL TV açıqlaması UYDURMA SÖHBƏTLƏRDİR, BU KANALLA BAĞLILIĞIM YOXDUR

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Türkiyə və Azərbaycana aid media orqanlarında bu yaxınlarda fəaliyyəti dayandırılan Ekol TV ilə bağlı cinayət işinin başlandığı bildirilir.

Həmin xəbərlərdə diqqətçəkən məqamlardan biri  Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı iş adamı Mübariz Mənsimovun da bu araşdırmaya cəlb olunması barədə iddiadır.

Gununsesi.info-nun xəbərinə görə Mübariz Mənsimov məsələ ilə bağlı açıqlama verib:

“Ekol TV adlı televiziya kanalı və mənim adımla bağlı çap və vizual mediada yayılan bəzi xəbərlər həqiqətə uyğun deyil.

Mənim yuxarıda adı çəkilən televiziya kanalı ilə heç bir əlaqəm yoxdur. Keçmişdə də oxşar böhtan xarakterli iddialar və xəbər reportajları edilib.

Mənim nüfuzuma xələl gətirməyə yönəlmiş bu iddiaları qətiyyətlə pisləyirəm. Bu məlumatı ictimaiyyətə hörmətlə təqdim edirəm”.

Elmar

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
icma.az

1Mənbələr