AZ

“İran Molla rejimi rəhbərliyi altında dövlət olmaq hüququnu artıq tamamilə itirib” ŞƏRH

Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İranlı mühafizəkar ekspert Əli Əkbər Rafipur bildirib ki, İsrailin 2025-ci ilin iyun ayında İrana qarşı müharibə planı əvvəlcə ölkə daxilində iğtişaşların baş verməsini gözləmək, daha sonra isə hərbi hücuma keçmək üzərində qurulmuşdu.

Onun sözlərinə görə, hazırda Təl-Əviv bu yanaşmanı dəyişərək əvvəlcə küçə etirazlarını qızışdırmaq, ardınca İrana hücum etmək strategiyasına üstünlük verir.

Rafipur qeyd edib ki, İsrailin həyata keçirdiyi ən pis ssenari Suriya tipli vətəndaş müharibəsi ilə nəticələnə, bu çərçivədə sərhəd əyalətlərindəki üsyançılara havadan dəstək göstərilə bilər.

Məsələyə münasibət bildirən hərbi eskpert Ədalət Verdiyev Gununsesi.info-ya açıqlamasında qeyd edib ki, İranlı mütəxəssisinin verdiyi açıqlama tamamilə yanlışdır:

“2025-ci ilin iyun ayında İrana qarşı müharibənin sonrakı mərhələsində İsrailin hərbi hücuma keçmək barədə bir niyyəti yox idi. Çünki bu niyyətin həyata keçirilməsi üçün İsrailin ən azından İranla qonşu olan ölkələrin birində qüvvə cəmləşdirməsi lazım idi. İranın da qonşusu olan ölkələrin heç biri İsrailə belə bir şəraiti yaratmaq barədə nə razılığı var idi, nə də belə bir öhdəliyi.

 Bəli, İsrailin İrana qarşı müəyyən planları var və bu planlar əsasən İranın raket və nüvə proqramını məhdudlaşdırmaqdan ibarətdir. İsrail heç bir zaman İrana birbaşa qoşun yeritmək, onunla birbaşa qarşıdurmaya girmək kimi niyyət olmayıb”.

O qeyd edib ki, bu, İsrailin maraqlarına da əslində ziddir.

“Bütün bu baş verənlərin günahı məhz İranın özündədir. İran sərhədlərindən çox-çox uzaqlarda yerləşən İsraili yeryüzündən silməklə təhdid edəcəksə, İsrail də təbii ki, öz strateji müttəfiqi olan ABŞ-la birlikdə İranı müəyyən addımlardan çəkindirmək üçün hava zərbələrinə zaman-zaman yol verəcək. Belə zərbələrin yaxın həftələrdə və ya aylarda olması ehtimalı da böyükdür. İran bugün Molla rejimi rəhbərliyi altında dövlət olmaq hüququnu artıq tamamilə itirib. İran öz daxili iqtisadi problemlərini həll etmədiyinə, ölkənin əldə etdiyi maliyyə vəsaitlərini digər ölkələrin işinə, o cümlədən Azərbaycanın daxili işlərinə müdaxilə etməyə, Azərbaycana, Türkiyəyə və İsrailə qarşı olan terror təşkilatlarını maliyyələşdirməyə xərclədiyi üçün bugün İranın başı bəladadır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
61
icma.az

1Mənbələr