2025-ci ildə Hesablama Palatasının büdcəsi 84,2%, icra olunub.
Teleqraf xəbər verir ki, bu barədə Palatanın 2025-ci il üçün büdcəsinin icrası haqqında hesabatında qeyd olunub.
Bildirilib ki, büdcə ili ərzində həyata keçirilmiş dəyişikliklərin məbləği 157,7 min manat olmaqla təsdiq edilmiş xərclər smetasına nisbəti 1,4%-dən də aşağı olub.
Xərclər smetası ilə yanaşı, Hesablama Palatasına 2025-ci il ərzində dövlət büdcəsinin bölüşdürülməmiş xərc istiqamətlərindən də əlavə vəsait ayrılmışdır. Belə ki, 1 beynəlxalq tədbir üçün 132,0 min manat və dövlət büdcəsindən maliyyələşən təşkilatlara məxsus nəqliyyat vasitələrinin icbari sığortası xərc istiqaməti üzrə 2,6 min manat ayrılmışdır. Beləliklə, bütün istiqamətlər nəzərə alınmaqla Hesablama Palatası üçün 2025-ci ildə 11590,5 min manat nəzərdə tutulmuş, büdcənin kassa icrası 9764,9 min manata bərabər olub.
Qeyd edək ki, təsdiq edilmiş büdcə ilə müqayisədə icra edilməyən məbləğ 1825,6 min manat, o cümlədən əməyin ödənişi üzrə 1607,1 min manat, alışlar üzrə 173,6 min manat, sosial ödənişlər üzrə 44,9 min manat təşkil edib.