AZ

Qarabağ klubunun baş məşqçisi: Yankoviçin klubdan ayrılması ilə bağlı məndə məlumat yoxdur

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Yankoviçin klubdan ayrılması ilə bağlı məndə məlumat yoxdur".

Oxu.Az xəbər verir ki, bu barədə media nümayəndələri üçün təşkil olunan açıq məşq və mətbuat konfransında "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

O bildirib ki, bir futbolçu ilə bir neçə şəxsin danışıq aparması məni narahat edən amillərdəndir:

"Yerli futbolçularıma da dəvət var. Menecerlər zəng vururlar, daha çox onları istəyirlər. Hələlik getməsi, gəlməsi gözlənilən futbolçu yoxdur. Hər mövqeyə görə danışıqlar aparırıq. Həm qapı, həm orta, həm də hücum - hər mövqe üzrə danışıqlar gedir. Görək, hansı səviyyədə olur. Çalışırıq, hər mövqedə oyunçularımızın sayını artıraq".

"Qarabağ"ın Azərbaycan çempionatında ikinci yerdə olmağı məni narahat edir. Ümumiyyətlə, məndə həmişə narahatlıq olub. Rahatlıq çempionluğu təmin etdikdən sonra gəlir. Çempionluq iddiamız varsa, sona qədər vuruşacağıq. Həmişə sən çempion olmalısan deyə futbolda qanun yoxdur. O demək deyil li, bu il "Qarabağ", "Real Madrid", "Mançester Siti" və ya başqası çempion olmayacaqsa, gələn il öz iddiasından əl çəkəcək. Qarşımızda güclü rəqiblər var", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Çempionlar Liqasının əsas mərhələsində yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda Almaniyanın "Ayntraxt Frankfurt" klubu ilə qarşılaşacaq.

Murad Nəsimi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
oxu.az

1Mənbələr