Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın iqtisadi artım proqnozunu yeniləyib.
"APA-Economics" xəbər verir ki, BMT 2025-ci il üzrə Azərbaycanda iqtisadi artımı 1,6% səviyyəsində müəyyən edib.
Təşkilat 2026 və 2027-ci illər üzrə Azərbaycanda ümumdaxili məhsulun artımı (ÜDM) üzrə proqnozu isə 3%-dən müvafiq olaraq 2,7 və 2,6%-ə endirib.
BMT-nin hesabatında bildirilib ki, Azərbaycanda 2025-ci ildə neft hasilatının durğunluğu iqtisadi fəallığı məhdudlaşdırıb, bununla yanaşı qeyri-neft sektoru daha güclü performans göstərib. 2026–2027-ci illərdə isə təbii qaz hasilatı və ixracının artması, eləcə də qeyri-neft sektorunda artımın davam etməsi iqtisadi artımı dəstəkləyəcək.