AZ

"Rusiyanın əsas məqsədi bu məsələni ört-basdır etmək idi" -AÇIQLAMA

"Əvvəlcədən də bildirmişdik ki, Rusiya AZAL təyyarəsinin vurulması məsələsini obyektiv araşdırmayacaq. Çünki Rusiya hadisənin ilk vaxtından qeyri-sağlam münasibət göstərmişdi. Biz bunu bilirik və arxasında nələrin dayandığını da bilirik".

Bunu Redaktor.az-a politoloq Samir Hümbətov 2025-ci ilin dekabrında Rusiya ərazisində raketlə vurulan AZAL təyyarəsi ulə bağlı cinayət işinə Rusiya Federasiyasının İstintaq Komitəsinin xitam verməsinə münasibət bildirərkən dedi.

Onun sözlərinə görə, Rusiyanın belə edəcəyi təsəvvür edilirdi:

"Gözləmirdik ki, Rusiya sağlam mövqe tutacaq. Hesab edirəm ki, bu, gün kimi aydın idi. Rusiya mediasının, rəsmi şəxslərinin verdiyi açıqlamalar və s. Amma oktyabrın 9-da Düşənbə görüşündə nisbətən bir inam formalaşmışdı ki, bəlkə Rusiya Prezidenti Vladimir Putin çıxışından sonra Rusiya hərəkətə keçər və Azərbaycana qarşı törətdiyi cinayəti, azərbaycanlıların ölümünə səbəb olan AZAL təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti üzərinə götürər, günahkarları cəzalandırar. Amma reallıq budur. Təbii ki, xitam verəcəkdi, bu qaçılmaz idi. Çünki Rusiyanın əsas məqsədi bu məsələni ört-basdır etmək idi".

Müsahibimiz bundan sonra nə olacağından da bəhs etdi:

"Bu, çox önəmlidir. Rusiya müttəfiqinə, qonşusuna, dost dediyi dövlətə - hansı ki, dostluq etmir - bu cür qeyri-dürüst davranırsa, bunun da əlbəttə ki, gec-tez adekvat cavabı olacaq. Biz demirik ki, onların təyyarəsini vuracağıq, amma hər halda o müttəfiqlik bəyannaməsindən irəli gələn şərtlər təbii ki, gözdən keçirilə bilər".

Aytəkin TOFİQQIZI

22
Seçilən
67
redaktor.az

1Mənbələr