2025-ci ilin yanvar-noyabr aylarında Şimal-Şərqi Asiya regionundan Azərbaycana 81,6 mindən çox vətəndaş səfər edib ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 40 faiz çoxdur.
Dövlət Turizm Agentliyinin hesabatına əsasən, təkcə 2025-ci ilin noyabr ayında qeyd edilən regiondan ölkəyə 4 mindən çox vətəndaş səfər edib. Ay ərzində Azərbaycana gələn turistlərin sayına görə TOP 3 ölkə Çin, Yaponiya və Cənubi Koreyadır.