AZ

SEPAH İranda vəziyyətə nəzarəti ələ alacaq - NYT

BAKI, 9 yanvar. TELEQRAF

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə vəziyyətə nəzarəti ələ alacaq.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) İranda davam edən ümumxalq etirazları barədə bildirib.

Nəşr yazıb ki, iğtişaşlarla müşayiət olunan kütləvi etirazlar İran rəhbərliyi daxilində gərginlik yaradıb:

“Çoxsaylı rəsmilər tez-tez bir-birləri ilə əlaqə saxlayır, mesajlaşırlar. Onlar etiraz seli qarşısında çaşqın vəziyyətə düşüblər. Amma çox güman ki, İslam İnqilabı Keşikçiləri Korpusu vəziyyətə nəzarəti ələ alacaq”.

Seçilən
80
teleqraf.com

1Mənbələr