525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Bu gün Azərbaycan Bazel III standartlarına keçidlə bağlı artıq qərar qəbul edib. Bankların həmin standartlara uyğunlaşdırılması vacib şərtlərdəndir”.
İqtisadçı millət vəkili Vüqar Bayramov bunu 525.az-a deyib. O söyləyib ki, bu, bir tərəfdən bank xidmətlərinin çeşidinin artırılması, banklarda korporativ idarəetmənin gücləndirilməsi, eyni zamanda informasiya açıqlamalarının artırılması baxımından da əhəmiyyətlidir. Çünki Bazel-3 prinsipləri bir mənalı şəkildə bankların menecmentinə təsir göstərən əsas qaydalar sırasındadır:
“O baxımdan bankların Bazel-3 standartlarına uyğunlaşdırılması bank sektorunun dayanıqlılığı aspektindən vacibdir. Bu da öz növbəsində bankların daha səmərəli fəaliyyətinə təsir göstərir”.
Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.