AZ

"Müharibədə yeni mərhələ: Rusiya Ukraynaya ilk dəfə "Oreşnik"lə zərbə endirdi" - Ukrayna KİV-ləri

 
"Yaşayış evləri, kütləvi gecə hücumu və ballistik silahlanmada təhlükəli eskalasiya..."
 
Yanvarın 8-də Rusiya ordusu Krivoy Roq şəhərində çoxmərtəbəli yaşayış binalarını iki ballistik "İsgəndər" raketi ilə vurub.
 
Moderator.az xəbər verir ki, bu barədə "oboz.ua" nəşri məlumat yayıb.
 
Mülki binalar birbaşa hədəfdə
 
Zərbələrdən biri binanı faktiki olaraq iki hissəyə ayırıb. Yerli hakimiyyətin açıqlamasına görə, azı 10-dan çox sakin yaralanıb, onların arasında uşaqlar da var. Bir nəfərin vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.
 
Hücum nəticəsində avtomobillər, yaxınlıqdakı binalar və şəhər infrastrukturu zədələnib, su təchizatında fasilələr yaranıb. Yerli rəsmilər bu zərbəni açıq şəkildə mülki əhaliyə qarşı yönəlmiş hücum kimi qiymətləndiriblər.
 
Gecə boyu Ukrayna üzərində kütləvi hava hücumu
 
Eyni gecə Rusiya Ukraynaya qarşı müharibənin ən genişmiqyaslı hava hücumlarından birini həyata keçirib. Təxminən 300-ə yaxın raket və pilotsuz uçuş aparatı buraxılıb. Ukraynanın HHM qüvvələri 244 hava hədəfini, o cümlədən ballistik və qanadlı raketləri, həmçinin yüzlərlə dronu zərərsizləşdirib.Buna baxmayaraq, bəzi raket və PUA-lar hədəfə çatıb. Əsas zərbələr Kiyev və ətraf bölgələrə yönəlib, yaşayış evləri və enerji infrastrukturu zədələnib, ölən və yaralanan mülki şəxslər var. Hücum zamanı təcili yardım və xilasetmə briqadalarının da ikinci zərbə altına düşdüyü bildirilib.
 
Müharibədə ilk dəfə "Oreşnik" tətbiqi
 
Ən diqqətçəkən məqam isə Lvov istiqamətində qeydə alınıb. Rusiya bu şəhərə qarşı müharibə dövründə ilk dəfə olaraq son dərəcə yüksək sürətli ballistik raketdən istifadə edib. Şəhər rəhbərliyinin və Ukrayna hərbçilərinin məlumatına görə, hava hədəfi ballistik trayektoriya üzrə saatda təxminən 13 min kilometr sürətlə hərəkət edib.
 
Rusiya tərəfi hücumun "Oreşnik" adlı ballistik raketlə həyata keçirildiyini açıq şəkildə etiraf edib və bunu guya "cavab zərbəsi" kimi təqdim edib. Ukrayna tərəfi isə bu bəyanatı informasiya manipulyasiyası adlandırır və raketin tətbiqini müharibənin təhlükəli eskalasiyası kimi qiymətləndirir. Zərbə Lvovda kritik infrastruktura dəyib, xəsarət alanlar olmayıb.
 
Ukrayna rəsmilərinin fikrincə, "Oreşnik"in ilk dəfə istifadəsi müharibənin texnoloji və siyasi baxımdan yeni mərhələyə keçdiyini göstərir və bu, artıq yalnız Ukrayna üçün deyil, Avropa təhlükəsizliyi üçün də açıq siqnaldır.
Seçilən
87
1
moderator.az

2Mənbələr