AZ

Dünyada kirayə qiymətlərinin ən baha olduğu ölkələr açıqlanıb

ain.az, Baku.ws saytına istinadən bildirir.

Son beynəlxalq araşdırmalara görə, dünyada mənzil kirayə qiymətləri rekord həddə çatıb.

BAKU.WS-in məlumatına görə, rəsmi statistik mənbələrin 2025–2026-cı illəri əhatə edən məlumatları göstərir ki, bir sıra ölkələrdə kirayə xərcləri əhalinin gəlirlərini xeyli üstələyir.

Araşdırmaya əsasən, Hong Kong dünyada kirayə qiymətlərinin ən baha olduğu ölkə kimi ilk sırada yer alır. Burada orta aylıq mənzil kirayəsi yüksək yaşayış xərcləri və məhdud ərazi səbəbindən uzun illərdir lider mövqedədir.

Hong Kongdan sonra Sinqapur, Şveytsariya və Lüksemburq kirayə qiymətlərinin ən yüksək olduğu ölkələr sırasındadır. Bu ölkələrdə daşınmaz əmlak bazarında tələb təklifi üstələyir, bu da qiymətlərin artmasına səbəb olur.

ABŞ isə xüsusilə böyük şəhərlərdə yüksək kirayə qiymətləri ilə diqqət çəkir. Nyu-York, Boston və San Fransisko kimi şəhərlərdə mənzil kirayəsi dünya üzrə ən bahalı göstəricilər sırasındadır. Böyük Britaniyada isə London kirayə xərclərinə görə Avropanın ən bahalı şəhərlərindən biri hesab olunur.

Ekspertlər bildirir ki, kirayə qiymətlərinin bu səviyyəyə çatmasına urbanizasiya, əhali artımı, tikinti xərclərinin yüksəlməsi və investisiya məqsədli mənzil alışı əsas təsir göstərən amillərdir.

Mütəxəssislərin proqnozlarına görə, yaxın illərdə də qlobal miqyasda kirayə bazarında ucuzlaşma gözlənilmir.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
baku.ws

1Mənbələr