AZ

Kiyev təcili BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edir

Ukrayna Rusiyanın Lvova “Oreşnik” kompleksindən istifadə etməklə endirdiyi zərbədən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb edib.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa məlumat verib.

Onun sözlərinə görə, Avropa İttifaqı və NATO sərhədlərinə yaxın ərazidə baş vermiş hücum qitənin təhlükəsizliyi üçün ciddi təhdid yaradır və beynəlxalq ictimaiyyətdən qəti tədbirlər tələb olunur. Kiyev artıq bu məsələ ilə bağlı ABŞ, Avropa ölkələri və beynəlxalq təşkilatları diplomatik kanallar vasitəsilə məlumatlandırıb.

Ukrayna həmçinin Ukrayna–NATO Şurasının iclasının keçirilməsini və məsələnin Aİ, Avropa Şurası və ATƏT çərçivəsində də müzakirə olunmasını istəyir. Bununla yanaşı, Kiyev bir daha Moskvadan gələn, guya Putinin rezidensiyasına zərbə endirilməsi ilə bağlı iddiaları təkzib edib. Eyni zamanda Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini istəyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
80
konkret.az

1Mənbələr