AZ

Xamenei etirazlarla bağlı xalqa müraciət edəcək

Xamenei etirazlarla bağlı xalqa müraciət edəcək

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ölkədəki etirazlarla bağlı bu gün çıxış edəcək.

AFN.az “Reuters”ə istinadən xəbər verir ki, Xameneinin çıxışının yaxın saatlarda baş tutacağı gözlənilir.

Çıxış canlı yayımla ölkənin dövlət televiziyasında yayımlanacaq. Çıxışın məzmunu haqqında ətraflı məlumat verilmir.

Qeyd edək ki, İranda iqtisadi problemlər və milli valyutanın kəskin dəyər itirməsi səbəbindən başlayan etirazlar ölkənin müxtəlif bölgələrinə yayılıb.

Təhlükəsizlik qüvvələrinin müdaxiləsi nəticəsində indiyədək 46 nəfərin həlak olduğu, onlarla insanın yaralandığı, iki mindən çox insanın isə saxlanıldığı bildirilir.

Seçilən
31
2
afn.az

2Mənbələr