“Köçkünlük illəri çətin oldu. Uzun illər yurd həsrəti ilə yaşadıq. Düzdür, ölkəmizin hər qarış torpağı vətəndir. Amma doğma yurdun həsrəti çox ağırdır. İndi biz yurda qayıtdığımıza görə çox sevincliyik”.
Bu sözləri APA-nın Qarabağ bürosuna bu gün Ağdərə rayonunun Çapar kəndinə qayıdan keçmiş məcburi köçkün Ədalət Mirzəyev deyib. O, göstərilən hərtərəfli dövlət qayğısına görə minnətdarlığını ifadə edib: "Bu günü bizə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə təşəkkür edirəm. Mən keçmiş məcburi köçkün kimi deyə bilərəm ki, biz həmişə dövlət qayğısı görmüşük. Ona görə də cənab Prezidentə özüm və ailəmiz adından dərin minnətdarlığımı bildirirəm".