AZ

Paytaxtda mikromobillik şəbəkəsinin uzunluğu 50 kilometrə çatdırılıb (FOTO)

Bakı.Trend:

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakışəhərində son 2 il ərzində mikromobillik infrastrukturunun inkişafetdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilib.

Trend xəbərverir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, təkcə 2025-ci il ərzində 15 küçə və prospektdə,həmçinin 2 ərazidə 15 kilometr mikromobillik zolağı çəkilib.Bununla da şəbəkənin ümumi uzunluğu 50 kilometrə çatdırılıb.

Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələliqaydada velosiped yolları əlaqələndirilir. Şəbəkənin davamlılığınanail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkətiştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkməqsədilə ötən il mikromobillik zolaqları paytaxtın Hüseyn Cavid,Xətai və İnşaatçılar prospektləri, Bəxtiyar Vahabzadə, MirzağaƏliyev, Abdulla Şaiq, Məmməd Rahim, Mikayıl Müşfiq, NəcəfquluRəfiyev, İzzət Orucova, Əbdürrəhim bəy Haqverdiyev və Xaqaniküçələri, Neftçilər prospektinin kənar yolu (Ağ Şəhər ərazisi),həmçinin Bulvar və Mərkəzi Park ərazilərində yaradılıb. Son olaraqişlər Şıxəli Qurbanov və Cəfər Cabbarlı küçələrində həyatakeçirilib.

Görülən işlər nəticəsində müvafiq nişanlanma işləri aparılıb,təhlükəsizlik məqsədilə yol nişanları quraşdırılıb, əlçatanlığıntəmin edilməsi üçün panduslar inşa olunub. Avtomobillərlə yaranabiləcək münaqişəli nöqtələrin aradan qaldırılması üçüntəhlükəsizlik sədləri təşkil edilib. Şəhərdə mövcud olan işıqfordirəklərində velosiped bölmələri quraşdırılıb. Qeyd olunanistiqamətlərdə işlər davam etdirilir.

Həmçinin paytaxtda skuterlər üçün 700, velosipedlər üçün isə 564parklanma məntəqəsi təşkil edilib.

Əhali arasında velosipeddən və skuterlərdən istifadəyə artanmarağı, eləcə də bu nəqliyyat növünün geniş istifadəsininmikromobillik, nəqliyyat sıxlığının azaldılması, ətraf mühitinqorunması, fiziki fəallığın artırılması və sağlam həyat tərzibaxımından əhəmiyyətini nəzərə alaraq, sakinlər üçün şəhərkonsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsiningenişləndirilməsi davam etdiriləcək.

Paytaxtda
Məqalədə:
Seçilən
66
13
az.trend.az

10Mənbələr