525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
“Taksi sürücülərinin iş qrafiki qanunla tənzimlənməlidir. Beynəlxalq təcrübəyə baxanda görürük ki, taksiləri 12-14 saat işləyən ölkələr var. Bu, normal deyil. Hesab edirik ki, Azərbaycanda 8-10 saat kifayət edir, ancaq burada şirkət və parkların sürücülər üzərində tələblərinə diqqət etmək lazımdır”.
Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, qanuna əsasən taksi sürücüsü normalda 8 saat işləməlidir:
“Bəzi park və şirkətlər sürücülər qarşısında elə tələblər qoyurlar ki, bunu yerinə yetirmək çox çətindir. İş və istirahət rejimi ilə bağlı respublikanın qəbul etdiyi qanunlar var və ona uyğun hərəkət etmək lazımdır”.
Sevinc Qarayeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.