AZ

Sənədsiz evlərin böyük hissəsi əsasən paytaxt ərazisində yerləşir Əmlak eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Sənədsiz evlərin böyük hissəsi əsasən paytaxt ərazisində yerləşir. Onların çoxuna müxtəlif səbəblərdən çıxarış verilməyib. Həyat və sağlamlıq üçün təhlükəli olmayan, vətəndaşların müvafiq icazələr almaqdan yayınaraq inşa etdikləri evlərin müəyyən prosedurlardan keçərək sənədləşdirilməsi istiqamətində iş aparılır”.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bu fikirləri 525.az-a söyləyib. O bildirib ki, sənədsiz fərdi yaşayış evlərinin çıxarışla təmin olunması həm də bu evlərin ipoteka predmeti olmasına səbəb olacaq. Bu da aztəminatlı ailələrin də yararlanmasına şərait yaradacaq:

“Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilən fərdi yaşayış evlərində torpağın təyinatı dəyişdirildikdən sonra çıxarış verilə bilər”.

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
525.az

1Mənbələr