AZ

Alimlər onurğa beyninin qocalmadan qorunma mexanizmini aşkarlayıb » AzadMedia.az


Alimlər onurğa beyninin qocalma prosesinə qarşı gözlənilməz qoruyucu mexanizmə malik olduğunu müəyyən ediblər. İsveçdəki Karolinska İnstitutunun tədqiqatına görə, onurğa beyninin öz immun hüceyrələri sinir liflərini zədələnmədən qorumaqda mühüm rol oynayır.
Araşdırmalar göstərib ki, yaş artdıqca onurğa beynində, xüsusən sinir liflərini örtən mielin qatında zədələnmələr yaranır. Lakin bu proses zamanı mikroqliya adlanan immun hüceyrələri aktivləşərək TGF-β adlı siqnal molekulunu işə salır. Bu molekul mikroqliyanın həddindən artıq fəaliyyətinin qarşısını alır və mielinin daha çox dağılmasını əngəlləyir.
Təcrübə zamanı yaşlı siçanlarda TGF-β-nin fəaliyyəti dayandırıldıqda, qoruyucu mexanizm pozulub. Nəticədə mikroqliya mielini daha sürətlə parçalamağa başlayıb və hərəkət pozuntuları yaranıb.
Alimlər bildirirlər ki, oxşar zədələnmələr insanlarda da bəzi nevroloji xəstəliklər zamanı müşahidə olunub. Bu tapıntılar sinir sisteminin qocalmaya qarşı necə qorunduğunu daha yaxşı anlamağa və gələcəkdə yeni müalicə üsullarının inkişafına töhfə verə bilər.
Seçilən
120
1
azadmedia.az

2Mənbələr