Bakı.Trend:
TƏBİB rəhbərliyinin tapşırığına əsasən, Bakı Baş Səhiyyə Mərkəzitərəfindən imtiyazlı xəstələr üçün yeni aptek yaradılıb.
Trend xəbərverir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, vətəndaş məmnunluğunun artırılması, tibbixidmətlərə əlçatanlığın təmin edilməsi, həmçinin 7 nömrəli ŞəhərPoliklinikasının iş yükünün azaldılması məqsədilə Bakı şəhəri,Xətai rayonu, Zığ yolu küçəsi 22 ünvanında yerləşən 38 nömrəliŞəhər Poliklinikasının nəzdində imtiyazlı xəstələr üçün yeni aptekistifadəyə verilib.
Aptek Xətai rayonunun əhalisinin qeydiyyatda olduğu 38 nömrəliŞəhər Poliklinikasının və Zığ Sağlamlıq Mərkəzinin imtiyazlıxəstələrinin dərman təminatını həyata keçirəcək.
Ümumilikdə, aptek 3142 nəfər əhaliyə tibbi xidmət göstərəcək.Bunlardan 2692 nəfəri 38 nömrəli Şəhər Poliklinikasının, 450 nəfəriisə Zığ Sağlamlıq Mərkəzinin dispanser qeydiyyatında olan şəkərlivə şəkərsiz diabet xəstələrini əhatə edir.
Qeyd edək ki, Bakı şəhəri üzrə ilkin səhiyyə xidmətimüəssisələrində qeydiyyatda olan imtiyazlı xəstələrin dərmantəminatı rayonlar üzrə mərkəzləşdirilmiş qaydada imtiyazlı apteklərtərəfindən həyata keçirilir.
İndiyədək Xətai rayonu ərazisində 1 mərkəzləşdirilmiş aptek (7nömrəli Şəhər Poliklinikasında - M.Rüstəmov 1 ünvanında) fəaliyyətgöstərirdi. Bu isə vətəndaşların dərman təminatı zamanı uzaqməsafələr qət etməsinə, bir sıra növbələrin yaranmasına, həmçininaptekin yüklənməsinə səbəb olurdu. Yeni fəaliyyətə başlayan aptekinyaxın məsafədə yerləşməsi sözügedən tibb müəssisələrininsakinlərinin işini xeyli asanlaşdıracaq.
Onu da qeyd edək ki, ötən ilin noyabr ayında Binəqədi rayonundayerləşən 9 nömrəli Şəhər Poliklinikasının iş yükünün azaldılmasıməqsədilə Biləcəri qəsəbəsində yerləşən 30 nömrəli ŞəhərPoliklinikasının nəzdində də imtiyazlı xəstələr üçün yeni aptekistifadəyə verilmişdi.