WTA reytinqinin ikinci yüzlüyündə kifayət qədər maraqlı simalar var. Məsələn, 33 qələbə və 22 məğlubiyyət balansı ilə 180-ci pillədə yer alan Karson Branstin.
O, 2000-ci ildə ABŞ-ın Kaliforniya ştatında yerləşən İrvayn şəhərində anadan olub. Onun hazırda 25 yaşı var. Branstin kanadalıdır, lakin 2017-ci ilə qədər kortda ABŞ-ı təmsil edib.

Karson yeniyetmələr arasında sabiq dünya dördüncüsüdür. 2017-ci ildə Byanka Andreyesku ilə cütlüklərdə iki yeniyetmələr arasında Böyük Dəbilqə turnirinin qalibi olub - Avstraliya Açıq Çempionatı və Roland Qarros.
Branstin 2017-ci ildə WTA turnirlərində debüt etsə də, reytinqdə heç vaxt 172-ci pillədən yuxarı qalxmayıb. Bu göstəriciyə 2025-ci ilin oktyabr ayının əvvəlində nail olub. 2025-ci ildə Karson Böyük Dəbilqə turnirində - Uimbldonda dünya birincisi Arina Sobolenko ilə görüşdə debüt edib.