AZ

Həkim: Bir çox xəstə dərman tapmadıqda müalicəni özbaşına dayandırır

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

“Apteklərdə ürək-damar və təzyiq xəstələri üçün nəzərdə tutulan dərmanların tapılmaması ciddi problemdir. Bu dərmanları qəbul edən insanların əksəriyyəti xroniki xəstədir və müalicə fasiləsiz aparılmalıdır”.Bunu Demokrat.az-a açıqlamasında həkim, terapevt Günay Lətifova deyib.O bildirib ki, dərmanın qəfil kəsilməsi təzyiqin yüksəlməsinə, ürək ritminin pozulmasına, hətta infarkt və insult riskinin artmasına səbəb ola bilər:“Bir çox xəstə dərman tapmadıqda müalicəni özbaşına dayandırır. Bu isə çox təhlükəlidir. Belə hallarda mütləq həkimə müraciət edilməli və uyğun alternativ dərman seçilməlidir. Dərmanların yoxa çıxmasının səbəbləri fərqli ola bilər. İdxal gecikmələri, qeydiyyat problemləri və ya istehsalın dayandırılması buna səbəb ola bilər. Səbəb nə olursa olsun, bundan ən çox zərər görən xəstələrdir. Xüsusilə yaşlı insanlar və ürək-damar xəstəlikləri olanlar risk altındadır. Həkim məsləhəti olmadan dərmanı dəyişmək və ya dozanı artırıb-azaltmaq olmaz”.Leyla Turan 

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
demokrat.az

1Mənbələr