İranda molla rejiminə qarşı 28 dekabrda başlayan kütləvi etirazlar gündən-günə şiddətlənməkdə davam edir.
Turkustan.az xəbər verir ki, İranın Ali Lideri Xameneyi harada olduğu ilə bağlı şayiələrdən sonra ilk dəfə danışaraq iranlıları birləşməyə çağırıb.
Etirazçıları "başqa bir ölkənin prezidentini razı salmaq üçün öz küçələrini dağıdan üsyançılar" kimi xarakterizə edən Xamenei, "Bəzi üsyançılar ABŞ-ı razı salmaq üçün ictimai əmlaka zərər verirlər. Tramp, öz ölkənizdəki problemlərlə məşğul olun" dedi.
Donald Tramp İran rejiminin etirazçılara qarşı zorakılıq tətbiq edəcəyi təqdirdə İranı sərt şəkildə cəzalandıracağı ilə hədələmişdi.
Aytən Yaşar/ Turkustan.az