KİV-lər həmçinin müxalifətin Venesuelada keçirilən son prezident seçkilərinin əsl qalibi hesab etdiyi siyasətçi Edmundo Qonzales Urrutiyanın kürəkəni Rafael Tudaresin azadlığa buraxıla biləcəyi barədə xəbərlər yayıblar.
“Venesuela“azad və müstəqil”dövlət kimi qalır və hücumlar zamanı heç kim boş-bekar qalmayıb. Burada heç kim təslim olmadı. Vətənimiz, biz azad edənlərimiz uğrunda döyüş gedirdi”, - hazırda müvəqqəti olaraqVenesuela prezidenti vəzifəsini icra edənvitse-prezident Delsi Rodriqes vurğulayıb.
![]() |
| ABŞ-yə gətirilən Maduro: “Yeni iliniz mübarək!” |
Vaşinqton bir sıra ittihamlar əsasında onların ABŞ-nin ədalət məhkəməsi qarşısına çıxarılacağını bildirib. Eyni zamanda, ABŞ prezidenti baş verənlərin arxasında Venesuelanın məhz zəngin neft ehtiyatlarına marağı dayandığını açıq-aşkar bəyan edir.
Yeri gəlmişkən, Ağ Evin rəhbəri “Fox News” telekanalına müsahibəsində ABŞ-nin Venesuela neftindən yalnızbir gündə 4 milyard dollar qazandığını deyib.
— Newsfeed (@Newsfeed883920) January 9, 2026
Sahil İsgəndərov
AzVision.az
