AZ

41 təhsil müəssisəsində inklüziv sinif fəaliyyət göstərir

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı şəhəri üzrə ümumilikdə 260 şagird inklüziv təhsilə cəlb edilib. 

Bu barədə 525.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, 2025-2026-cı tədris ilindən etibarən inklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinə 11 məktəb (87, 88, 167, 166, 187, 109, 205, 212, 236, 247 və 279) əlavə olunub.

Ümumilikdə BŞTİ-nin tabeyindəki inkluziv sinif təşkil edilən məktəblərin sayı 41-ə çatdırılıb. 2025-2026-cı tədris ilində inklüziv siniflərə 74 sağlamlıq imkanları məhdud şagird cəlb olunub.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları qismən məhdud uşaqlarla sağlam uşaqların eyni sinifdə təhsil almasına imkan yaradır. Layihə həmin uşaqların cəmiyyətə daha rahat inteqrasiyasına nail olmaq məqsədlərinə xidmət edir.

 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
525.az

1Mənbələr