Bank Olmayan Kredit Təşkilatı ”FİNANS İNVEST” Məhdud Məsuliyyətli Cəmiyyəti Adını və təşkilati-hüquqi formasını dəyişib.
Marja.az xəbər verir ki, BOKT ”FİNANS İNVEST” MMC "NEO Bank Olmayan Kredit Təşkilatı" Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.
371 min manat nizamnamə kapitalı olan "NEO Bank Olmayan Kredit Təşkilatı" ASC-nin Müşahidə Şurasının sədri Məmmədov Natiq Seyid Həsən oğlu, Təkbaşına rəhbəri isə Əhmədov Ceyhun Yusif oğludur. ASC-nin ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Hemətulla küçəsi, ev 78, mənzil 16-dır.