AZ

Saxta sənədlə “prava” alan sürücü cərimələndi

Rusiyada aldığı saxta sürücülük vəsiqəsi ilə “ASAN xidmət”ə yaxınlaşıb Azərbaycanın sürücülük vəsiqəsini almaq istəyən Emil İsmayılov ifşa olunub.

KONKRET.az-ın məlumatına görə, o, saxta sənəd əsasında 7 saylı “ASAN xidmət”dən “prava” alsa da, çox keçmədən əməlinin üstü açılıb. Belə ki, Emil İsmayılov vəsiqəsini aldıqdan bir saat sonra sürücülük vəsiqəsini ona təqdim edən əməkdaş onunla əlaqə saxlayaraq yenidən “ASAN xidmət”ə yaxınlaşmasını, təqdim etdiyi sənəddə problem aşkar olunduğunu bildirib. Bu zaman ona “ASAN xidmət”ə təqdim etdiyi Rusiyaya məxsus sürücülük vəsiqəsinin saxta olduğu bildirilib və Azərbaycana məxsus yeni sürücülük vəsiqəsi geri alınıb.

Törətdiyi əmələ görə Emil İsmayılov 2 000 manat məbləğində cərimə olunub.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
70
1
konkret.az

2Mənbələr