“Qarabağ”ın qapıçısı Mateuş Koxalski klubdan ayrıla bilər.
Sportinfo.az xəbər verir ki, bu barədə polşalı insayder Pyotr Kozminski məlumat yayıb.
Belə ki, yerli "Vidzev Lodz” 26 yaşlı qolkiperin xidmətlərində maraqlıdır.
Koxalskinin "Qarabağ"la müqaviləsi 2027-ci ilin yayına qədərdir. Daha əvvəl "əlcək sahibi"nin İtaliyanın "Napoli" və Almaniyanın "Borussiya Dortmund" klublarından da təklif aldığı iddia edilirdi.