AZ

Azərbaycan dilinin təmizliyi milli əmanət kimi qorunur – akademik İsa Həbibbəyli

Bəyan olunduğu kimi, Cənab İlham Əliyevin fəaliyyətində azərbaycançılıq ideologiyası, onun tərkib hissəsi olan səfərbərlik və digər prinsiplər öz əksini tapır. Azərbaycan siyasəti ardıcıl və davamlı bir mövqeyə malikdir. Cənab Prezidentin azərbaycançılıq siyasətinin tərkib hissələrindən biri də Azərbaycan dili siyasətidir. Müstəqil dövlətçiliyin qorunması və inkişafı ilə bağlı əsas vəzifələr Azərbaycan ilə bağlı siyasətdə aparıcı yer tutur.

QHT.az xəbər verir ki, bu fikri Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli bu gün “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda keçirilən ictimai müzakirədə bildirib. Onun sözlərinə görə, 5 yanvar 2026-cı il tarixdə Cənab Prezident Azərbaycan televiziyalarında verdiyi müsahibələrdə Azərbaycan dövlətinin beynəlxalq mövqeyi, beynəlxalq əlaqələri və dünyadakı fəaliyyətləri haqqında geniş məlumat verdi.

Seçilən
64
qht.az

1Mənbələr