Bakı.Trend:
Xətai Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindənnarkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyatkeçirilib.
Trend xəbərverir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, tədbir zamanı 25 yaşlı Bakı şəhər sakini HüseynMəmmədzadə saxlanılıb. Onun əlində olan bağlamaya baxış zamanı 12kiloqram 840 qram marixuana və 7 kiloqram 290 qram tiryəkaşkarlanıb. H.Məmmədzadə ifadəsində narkotikləri sosial şəbəkələrdətanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan naməlum İranvətəndaşından paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyinibildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davametdirilir.