AZ

200 il əvvəl Avropanın ən balaca xalqı, bu gün dünyanın ən uzun boylu xalqıdır

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Avropa alim və tədqiqatçılarının elmi araşdırmalarını yayımladığı ReasearchGate saytında Niderlandla bağlı maraqlı məqalə dərc olunub.

Sherg.az xəbər verir ki, tədqiqatçıların araşdırmasına görə, 200 il əvvəl niderlandlılar Avropanın ən balaca boy xalqı ikən, bu gün dünyanın ən uzun boylu xalqıdır.

1830-cu illərdə niderlandlı kişilərin orta boyu 163 sm olub. Bu gün isə həmin orta göstərici 184 sm-dir. Eyni coğrafiyada insanların boyu 200 ilə 20 sm uzanıb. Alimlər bunun səbəbini də izah edirlər. 3 əsas səbəb vurğulanır. 1. Qidalanma: Son 200 ildə niderlandlılar süd məhsullarını daha çox qəbul ediblər. Niderland mətbəxi süd və pendirlə zəngindir. Kalsium və zülal bol olduğu üçün bu, sümüklərin böyüməsinə birbaşa təsir edib. 2-ci səbəb niderlandlı qadınların hündür boylu kişilərə üstünlük verməsidir. Araşdırmalar göstərir ki, Niderlandda hündürboylu kişilərin statistik olaraq daha çox övladı olur və nəticədə "hündürlük genləri" növbəti nəsillərə daha çox ötürülür. 3-cü səbəb sosial rifahdır. Ölkədə sosial bərabərlik var, səhiyyə sistemi mükəmməl işləyir. Bu o deməkdir ki, sadəcə varlılar yox, hər bir uşaq sağlam böyümək üçün lazım olan qidaya və tibbi xidmətə asanlıqla çata bilir. 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
5
sherg.az

1Mənbələr