AZ

Zelenski Ukraynanın "Oreşnik" raketləri ilə vurulmasına münasibət bildirib

Bakı. Trend:

Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə genişmiqyaslızərbələr endirib. Zərbələrdə enerji obyektlərinə hədəflənmişortamənzilli “Oreşnik” raketlərindən də istifadə olunub.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti VolodimirZelenski öz “Telegram” kanalında yazıb.

“Yalnız bu gecə 242 dronla hücum olub, enerji obyektləri vəmülki infrastruktura hədəflənmiş 13 balistik raket, birortamənzilli "Oreşnik" ballistik raketi və 22 qanadlı raketatılıb”, – deyə Zelenski bildirib.

Zelenski “enerji qərargahı”nın iclasını elan edib, iclasda ölkəərazisində elektrik təchizatı ilə bağlı bərpa işlərinin müzakirəediləcəyi qeyd olunub.

Xatırladaq ki, bu gün Rusiya Müdafiə Nazirliyi Ukraynanınstrateji əhəmiyyətli obyektlərinə, o cümlədən Lvovdakı obyektlərə“Oreşnik” raketləri ilə zərbə endirilidiyini təsdiqləyib. RəsmiKiyev bununla əlaqədar BMT Təhlükəsizlik Şurasında təcili iclasınkeçirilməsini tələb edib.

Seçilən
68
az.trend.az

1Mənbələr