AZ

Paytaxtda yeni avtomobil və piyada tunellərinin tikintisinə başlanılıb (FOTO)

Bakı.Trend:

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturununtəkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün DövlətProqramı”nın icrasının təmin edilməsi məqsədilə AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxtın nəqliyyatsisteminin daha da müasirləşdirilməsinə yönəlmiş növbəti mühümlayihənin icrasına başlanılıb.

Trend xəbərverir ki, bu barədə AAYDA məlumat yayıb.

Bildirilib ki, layihə çərçivəsində “Çinarlı” yaşayış kompleksiniAbay Kunanbayev küçəsi ilə birləşdirən avtomobil və piyadatunellərinin tikintisi nəzərdə tutulur. Tunellər “BakıMetropoliteni” QSC-nin xidməti ərazisinin altından keçməkləlayihələndirilib.

Yeni layihələndirilən avtomobil tunelinin uzunluğu 175.3 metr,hərəkət hissəsinin eni 8.5 metr, daxili hündürlüyü isə 7 metrtəşkil edəcək. Avtomobil tuneli 2 hərəkət zolaqlı olmaqla inşaediləcək. Burda hər bir istiqamət üzrə xidməti baxış və piyadalarüçün piyada səkilərinin inşası da nəzərdə tutulub.

Piyadaların hərəkəti üçün nəzərdə tutulan tunelin uzunluğu 201.9metr təşkil edəcək. Tunel hərəkət hissəsinin eni 6 metr, daxilihündürlüyü 2.7 metr olmaqla inşa ediləcək.

Yeni tunellərin inşası ərazidə nəqliyyat əlaqələrininyaxşılaşdırılmasına, yol hərəkətinin təhlükəsizliyininartırılmasına və mövcud tıxacların aradan qaldırılmasına xidmətedəcək. Avtomobil tuneli nəqliyyat vasitələrinin fasiləsiz və rahathərəkətini təmin etməklə yanaşı, piyada tuneli sakinlərin qarşıtərəfə təhlükəsiz keçidini mümkün edəcək. Bu isə xüsusilə ətrafdayaşayan əhalinin gündəlik hərəkət rahatlığını əhəmiyyətli dərəcədəartıracaq.

Layihənin icrası zamanı müasir yol-nəqliyyat standartlarınauyğun texniki həllərin tətbiqi, eləcə də ətraf mühitə təsirinminimuma endirilməsi nəzərdə tutulur.

Tunellərin istifadəyə verilməsi nəticəsində Abay Kunanbayevküçəsi və ona bitişik ərazilərdə nəqliyyat axınınınoptimallaşdırılması, şəhər infrastrukturunun funksionallığınınyüksəldilməsi və paytaxtın ümumi nəqliyyat şəbəkəsinin dahasəmərəli təşkili təmin olunacaq.

Qeyd olunan küçələr arasındakı mövcud piyadalar üçün yeraltıkeçid ərazidə avtomobillərin və piyadaların hərəkəti üçün yeniyeraltı tunellər layihələndirildiyindən bağlanıb.

Paytaxtda
Paytaxtda
Paytaxtda
Paytaxtda
Məqalədə:
Seçilən
43
26
az.trend.az

10Mənbələr