AZ

Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrlik Azərbaycandan Qazaxıstana keçib

Astanada Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) Üçüncü Baş Assambleyası keçirilib.

Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) məlumatına görə, Assambleyada Birliyə sədrlik dönəmini başa vuran ASK hesabat çıxışı edib və 2026-cı ildən bu missiya Qazaxıstanın “Atameken” Milli Sahibkarlar Palatasına həvalə olunub.

Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, 2025-ci il ərzində Türk Ticarət və Sənaye Palataları Birliyinə sədrliyi Azərbaycan Respublikasını təmsilən ASK icra edib. Bu dövrdə Türk Palatası çərçivəsində bir sıra strateji əhəmiyyətli tədbirlər həyata keçirilib. Bunlardan Bakıda keçirilən Türk İnvestisiya Fondunun fəaliyyəti haqqında biznes liderləri ilə keçirilən məlumatlandırıcı görüş xüsusi əhəmiyyət daşıyırdı. Bu format türk dünyasında investisiya alətlərinin daha səmərəli istifadəsinə, ortaq maliyyə mexanizmlərinin təşviqinə real töhfə verib.

Seçilən
24
vergiler.az

1Mənbələr