Donald Trump Venesuela müxalifətinin lideri María Korina Maçadodan Nobel Sülh Mükafatını qəbul etməyi düşünür.
“Yeni Sabah” Fox News-ə istinadla xəbər verir ki, ABŞ Prezident növbəti həftə Maçado ilə görüşməyi planlaşdırır.
“Onunla görüşmək fürsətini səbirsizliklə gözləyirəm”, – deyə Trump əlavə edib.
Nobel mükafatçısı bildirib ki, Venesuela xalqı Nobel Sülh Mükafatını Trampa vermək və onunla bölüşmək istəyir.
Xatırladaq ki, venesuelalı müxalif 2025-ci il üzrə Nobel Sülh Mükafatına layiq görülüb. Donald Tramp isə bir neçə münaqişənin birməsinə nail olan şəxs kimi Nobel mükafatını almağa layiq olduğunu bəyan etmişdi.
İlhamə Qasımlı
Telegram kanalımız