AZ

Serbiya millisinin hücumçusu A Seriyası klubunda – RƏSMİ

İtaliyanın “Latsio” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Msport.az xəbər verir ki, paytaxt təmsilçisi “Zalsburq”dan hücumçu Petar Ratkovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb. Serbiyalı futbolçu bu mövsüm 29 oyunda 12 qol vurub.

Qeyd edək ki, Ratkov Serbiya yığmasında 3 oyunda meydana çıxıb.

Seçilən
63
msport.az

1Mənbələr