525.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Türk ədəbiyyatının görkəmli şairi Nazim Hikmətin xatirəsi Türkiyənin paytaxtı Ankara şəhərində karikatura sənəti vasitəsi ilə anılacaq.
525.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 13-də Ankarada “Karikaturalarla Nazim Hikmət” adlı sərgi və təqdimat keçiriləcək. Sərgidə ustad karikaturaçı rəssamların böyük şairin yaradıcılığına həsr etdikləri əsərlər təqdim olunacaq.
1927 Memarlar Dərnəyi, Çankaya Bələdiyyəsi və Karikaturaçılar Dərnəyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirdə eyni zamanda “Karikaturalarla Nazim Hikmət” adlı təqdimat da baş tutacaq. Təqdimatın məruzəçisi karikaturaçı və tədqiqatçı Erdal Sorqucu olacaq.
Nazim Hikmətin intellektual dünyasını, ədəbi irsini və sosial mövqeyini karikatura sənəti vasitəsilə şərh edən əsərləri özündə birləşdirən sərgi izləyicilərə fərqli bir baxış bucağı təqdim etməyi hədəfləyir.
ŞAHANƏ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.