AZ

Xüsusi qabiliyyət tələb edən bəzi ixtisasların test balında dəyişiklik edilib

Bakı. Trend:

2026/2027-ci tədris ili üçün ali təhsil və orta ixtisas təhsilimüəssisələrinin xüsusi qabiliyyət tələb edən aşağıdakıixtisaslarının müsabiqə şərtində (test balında) dəyişiklikedilib.

Trend xəbərverir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, ixtisaslar üzrə yeni ballar belə olacaq:

Xoreoqrafiya sənəti (bakalavriat) - 50 bal, Aktyor sənəti(bakalavriat) -

100 bal, Rəqs müəllimliyi (orta ixtisas təhsili (11 illik)) - 40bal, Rəqs müəllimliyi

( orta ixtisas təhsili (9 illik)) - 50 bal, Xoreoqrafiya sənəti(orta ixtisas təhsili (9 illik)) - 50 bal

Bundan əlavə, bakalavriat təhsil səviyyəsi üzrə “Xoreoqrafiyasənəti” ixtisasının ifaçılıq fənni üzrə qabiliyyət imtahanındaabituriyentlər (subbakalavrlar) 3 müxtəlif xarakterli rəqs ifaedəcəklər. “Xoreoqrafiya sənəti” ixtisasının milli rəqs, baletpedaqogikası, modern rəqs və rəqs müəllimliyi sahələri üzrə tələbedilən rəqslər aşağıdakı kimi müəyyən edilib.

Milli rəqs, rəqs müəllimliyi:

1. Lirik rəqs (qızlar (atributsuz) və oğlanlar üçün 1 rəqs )

2. “Yallı”, “Qazağı”, “Şalaqoy”, “Qaytağı”(oğlanlar üçün 2rəqs)

3. “Yallı”, “Qaval”, “Nəlbəki”, “Yaylıqlarla rəqs” (qızlar üçün2 rəqs)

Balet pedaqogikası:

1. “Karsar”, “Don Kixot”, “Jizel”, “Şelkunçik”, “Min bir gecə”,“Qız qalası”, “Yeddi gözəl” baletlərindən variasiyalar (3 rəqs)

Modern rəqs:

1. Müasir cərəyanlara aid müxtəlif xarakterli 3 rəqs.

Qeyd edək ki, “Xoreoqrafiya sənəti” ixtisasının baletmeystersahəsi üzrə qabiliyyət imtahanında hər hansı bir dəyişiklikedilməyib.

Teatr, kino və xoreoqrafiya istiqamətinin ali və orta ixtisastəhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarıhaqqında bütün məlumatlar “Abituriyent” jurnalının xüsusiburaxılışı olan “Teatr, kino və xoreoqrafiya sənəti” adlı vəsaitdənəşr ediləcək. Qabiliyyət imtahanlarına hazırlaşmaq və ətraflıməlumat almaq üçün DİM-in nəşrlərini və saytını izləmək tövsiyəolunur.

Seçilən
80
18
az.trend.az

10Mənbələr