AZ

Xamenei: ABŞ Prezidentinin əlləri 1000-dən çox iranlının qanı ilə ləkələnib

Xaricdən dəstəklənən elementlər ölkədə sabitliyi pozmağa çalışır.

Ölkə.Az "Iran International"a istinadən xəbər verir ki, bunu xalqa müraciətində İranın ali lideri Əli Xamenei deyib.

"Hər kəs bilməlidir ki, İslam Respublikası yüz minlərlə layiqli insanın qanı bahasına hakimiyyətə gəlib və təxribatçıların qarşısında geri çəkilməyəcək", - deyə Xamenei bildirib.

Tehranda baş verən iğtişaşlara toxunan ali rəhbər, etirazçıların ABŞ prezidentini razı salmaq üçün hərəkət etdiklərini bildirib: "Onlar onu razı salmaq istəyirlər. Əgər o, bir ölkəni necə idarə etməyi bilsəydi, öz ölkəsini idarə edərdi. Amerikanın bir çox problemi var".

Dövlət televiziyası həmçinin onun "ABŞ prezidentinin əlləri 1000-dən çox iranlının qanı ilə ləkələnib" sözlərini sitat gətirib.

Xamenei həmçinin tərəfdarlarını bir olmağa çağırıb. "Əziz gənclər, hazırlıqlı və birləşmiş olun. Birləşmiş millət istənilən düşməni məğlub edəcək", - deyə o bildirib.

Seçilən
72
1
olke.az

2Mənbələr