"Bilirsiniz ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa olunandan sonra ən mühüm məsələlərdən biri dil sahəsinin inkişafı, eləcə də əqli və mənəvi inkişafdır. Bu mədəniyyət dövründə Prezident İlham Əliyevin rəhbərliyi altında dilimizin sosial-mədəni strategiyası hazırlanıb. Mərhələ-mərhələ tədbirlər həyata keçirilib".
QHT.az xəbər verir ki, bu fikri QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bu gün “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda keçirilən ictimai müzakirədə bildirib. Onun sözlərinə görə, Prezident dil haqqında çox danışır, çünki milli mədəni kimlik dilin strukturundan asılıdır:
"Dünyada təxminən 50 milyon yaxın azərbaycanlı yaşayır. Bütün dünyada dilimizi qoruduqca və inkişaf etdirdikcə, xalqımıza hörmət də artır".