Qış fasiləsindən sonra "Kəpəz"in düşərgəsinə qayıtmayan və qayıtmayacağını bildirərək digər təkliflərə açıq olduğunu bildirən Cefferson Bentu Gəncə klubunun onu UEFA-ya şikayət edəcəyindən də narahat deyil.

Rekord.az-a daxil olan məlumata görə, 22 yaşlı braziliyalı məsələni "Kəpəz"lə yoluna qoyacağına inanır.

Yeni klubdan sərfəli təklif alacağı təqdirdə həmin klubdan "Kəpəz"ə təzminat ödəməsini xahiş edəcək. Yaxud da özünə çatacaq pulun bir hissəsini cibidən Gəncə klubuna təzminat kimi verəcək. Ümid edir ki, pula ehtiyacı olan "Kəpəz" təzminat alacağı təqdirdə ona problem yaratmayacaq.