AZ

Masallıda şəhid ailələrinin rahatlığı diqqət mərkəzindədir

Dövlət tərəfindən  şəhid ailələrinə hər tərəfli  diqqət və qayğı göstərilməsi  əsas məsələlərdən sayılır. Masallı rayonunda  da  bu ənənə şəklini almışdır.  Şəxsən rayon İcra Hakimiyyəti başçısı tərəfindən şəhid ailələri  həmişə  diqqət mərkəzində saxlanılır və onları narahat edən problemlər vaxtında öz həllini tapır.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşması üçün davamlı işlər ara vermir.  Ən əsası rayonun bütün ərazilərində şəhid adına olan küçələr  növbəli şəkildə asfaltlanır.

Son günlər isə  rayonun Lürən ərazisinin Pircana  kəndində Birinci Qarabağ müharibəsi şəhidi  Faiq Şükürov  adını daşıyan küçəyə qısa müddətdə 700 metr məsafədə asfalt örtüyü döşənib. Görülən işin keyfiyyətinə söz ola bilməz. İndi bu yolda hərəkət tam rahatdır. Şəhidin ailə üzvləri görülmüş işlərdə əməyi olan hər bir kəsə öz razılığını bildirirlər

Həmçinin  Masallı Rayon İcra Hakimiyyətinin başçısı A. Əhmədov, başçının Birinci müavini T. Hüseynov, aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Q. Hadıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Nahid Həsənov, ərazi nümayəndəliyi və bələdiyyə sədri  şəhid adını daşıyan küçəyə asfalt örtüyünün döşənməsi işlərinə yerində baxış keçilib və rayon rəhbərinə görülən işlərin həcmi, asfaltın keyfiyyəti və gələcəkdə nəzərdə tutulan abadlıq planları barədə məlumat verilib.

Rayon rəhbərliyinin daxili imkanlar hesabına həyata keçirdiyi bu layihə kənd yolunun yenidən bərpasına , sakinlərin rahat gediş-gəlişinə xidmət edir.

Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Seçilən
41
2
xalqqazeti.az

3Mənbələr