Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yanvarın 9-da ABŞ tərəfindən saxlanılan “Marinera” tankerinin heyətində olan Rusiya vətəndaşları ilə bağlı vəziyyəti şərh edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti “Telegram” kanalında məlumat yayıb.
Zaxarovanın açıqlamasında bildirilir ki, Rusiyanın müraciətinə cavab olaraq ABŞ Prezidenti Donald Tramp tanker heyətində olan iki Rusiya vətəndaşının azad edilməsi barədə qərar qəbul edib.
“Biz bu qərarı alqışlayır və ABŞ rəhbərliyinə təşəkkürümüzü bildiririk. Hazırda vətəndaşlarımızın mümkün qədər tez Vətənə qaytarılması ilə bağlı bütün məsələlərin operativ şəkildə həlli istiqamətində praktiki işlərə başlamışıq”, – deyə açıqlamada vurğulanıb.
Aliyə