AZ

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb (FOTO)

Bakı. Trend:

Azərbaycandan Ermənistana neft məhsullarının növbətipartiyasının tədarükü həyata keçirilir.

Trend xəbərverir ki, 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla,ümumilikdə 2 698 ton (ümumilikdə 48 vaqon) yük bu gün Biləcəristansiyasından Ermənistana yola salınır.

Neft məhsulları ilə yüklənmiş vaqonlar Azərbaycandan tranzitkeçməklə Gürcüstana, oradan isə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, dekabrın 18-də Azərbaycan Respublikası Dövlət NeftŞirkəti (SOCAR) tərəfindən ilk dəfə olaraq yerli mənşəli neftyükünün Ermənistana tədarükü həyata keçirilib. Belə ki, 22 sisternvaqona yüklənən 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-ninyük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyasıistiqamətində yola salınıb.

Seçilən
87
4
az.trend.az

10Mənbələr