AZ

Aİ heyəti Dəməşqdə: Şaraa ilə görüş

Suriyada Demokratik Qüvvələrlə cihadçı HTŞ arasında gərginlik davam edərkən, Avropa İttifaqından (Aİ) yüksək səviyyəli bir heyət Dəməşqə səfər edib.

"Cebheinfo.az" xəbər verir ki, Aİ Şurasının sədri Antonio Kosta, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və onları müşayiət edən nümayəndə heyəti bu səhər paytaxta çatıb.

Aİ heyətini Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani qarşılayıb. Daha sonra nümayəndə heyəti Xalq Sarayına yollanıb.

Aİ heyətinin cihadçı "Heyət Təhrir əş-Şam"ın (HTŞ) lideri Məhəmməd əl-Colani (Əhməd əş-Şaraa) ilə görüş keçirməsi gözlənilir.

Qeyd edək ki, bu səfər HTŞ-nin Suriyada hakimiyyəti ələ keçirməsindən sonra Aİ tərəfindən Dəməşqə ilk rəsmi ziyarətdir.

Seçilən
29
cebheinfo.az

1Mənbələr