BAKI, 9 yanvar. TELEQRAF
Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının növbəti tədarükü həyata keçirilir.
Teleqraf xəbər verir ki, ümumilikdə 48 vaqon Biləcəri stansiyasından Ermənistana yola salınıb.
Tədarük partiyasına 1742 ton Aİ-95 benzin və 956 ton dizel yanacağı daxildir.
Xatırladaq ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
Bununla bağlı razılaşma noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə olunub.