AZ

“Xaricdə yaşayan azərbaycanlılar üçün onlayn məktəblər fəaliyyətə başlayıb” - AÇIQLAMA

Cənab Prezidentin çıxışında vurğuladığı bir məqam var idi ki, xaricdə yaşayan azərbaycanlılar üçün onlayn məktəblərin açılışı və təşkilini mən şəxsən qeyd etmişəm. Bu səpkidə müxtəlif işlər görülür və onların üzərində aparılan dəyişikliklər diqqət mərkəzindədir.

QHT.az xəbər verir ki, bu fikri Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova bu gün “Azərbaycan dilinin təmizliyi: milli əmanətin qorunması uğrunda səfərbərlik” mövzusunda keçirilən ictimai müzakirədə bildirib. Onun sözlərinə görə, 2023-cü ildən etibarən Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən xaricdə yaşayan azərbaycanlılar üçün onlayn Azərbaycan dili dəstəyi yaradılıb. Bu dəstək tamamilə pulsuz və onlayn şəkildə təşkil olunur. Əsas məqsəd həmin şəxslərin Azərbaycan dilinə olan sevgisini artırmaq və milli kimliklərinə marağı gücləndirməkdir:

"Hər təqvim ilinin əvvəlində bu dərsləri təşkil edərkən birinci növbədə uşaqların iştirakı nəzərə alınır. 6–16 yaşlı uşaqlar üç qrupa bölünür, onların dil bilikləri müəyyən edilir və yaşadıqları mühit də nəzərə alınır. Uşaqlara dəstək göstərərkən əsas diqqət onlara Azərbaycan dilini sərbəst şəkildə öyrətməkdir. Məqsədimiz onların yaşadıqları ölkələrdəki dillərə qarşılıqlı hörmətlə yanaşaraq, eyni zamanda Azərbaycan dilində sərbəst ünsiyyət qurmaqlarını təmin etməkdir. Qeyd etmək istəyirəm ki, bu üç il ərzində layihəmiz böyük uğurlar əldə edib. Layihəyə minlərlə iştirakçı cəlb olunub və onların Azərbaycan dilini sərbəst şəkildə danışmasına nail olunub. Təkcə 2025–2026-cı illərdə layihə artıq 29 ölkəni əhatə edir və Azərbaycan dövləti tərəfindən dəstəklənir. Biz isə bu tədbirlərlə kifayətlənmək istəmirik və layihəni daha da genişləndirmək niyyətindəyik".

Seçilən
8
qht.az

1Mənbələr